Azərbaycan yığması özbəklərə qalib gəldi
- 22 Yan 2020 22:06
- 944
DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası bu gün Özbəkistan yığmasıyla ikinci yoldaşlıq görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, Joze Alesionun komandası ilk oyundan 2:3 hesabıyla məğlub ayrılmışdı.
Futzalçılarımız bu rəqiblə yenə eyni vaxtda, eyni məkanda qüvvəsini sınayıb. Cavab qarşılaşması daha məhsuldar alınıb və bu dəfə millimiz qələbə qazanan tərəf olub.
Xatırladaq ki, millimiz yanvarın 13-dən Bakıda başladığı təlim-məşq toplanışını bu ardıcıl matçlardan sonra başa vuraraq yanvarın 24-dən 25-nə keçən gecə elit-raund mərhələsində yer aldığı qrupların matçlarını keçirəcəyi Xorvatiyanın Osiyek şəhərinə yollanacaq.
Yoxlama oyunu
22 yanvar
Azərbaycan – Özbəkistan 4:3
Qol: Vassura, 02:26. Bolinya, 12:07. E.Borges, 15:00. İ.Atayev, 36:32 – İ.Hamroev, 09:49. İ.Ropiyev, 25:25. S.Jorayev, 28:35.
Qırmızı vərəqə: Ə.Usmanov, 35:14.
Azərbaycan: 12. Rovşən Hüseynli (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nascimento “Vassura”, 6. Eduardo Borges, 13. Amir Shocaei, 1. Emin Kürdov (q), 5. Tofiq Mikayılov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağirov, 14. Hadi Ahmadi, 16. Conatan Luiz De Angelis “Batton”, 17. İsa Atayev, 20. Eshaq Soorqali.
Baş məşqçi: Joze Alesio.
Özbəkistan: 1. Rustam Umarov (q, k), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 3. Maşrab Adilov, 6. İlhamjon Hamroev, 12. Ravşan Eliboyev (q), 8. Husniddin Nişonov, 7. Dilşod Rahmatov, 9. Ravşan İsmatullaev, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev, 14. Konstantin Sviridov, 5. Javlon Anorov, 13. Abdulla Solihov, 10. Xuşnur Erkinov.
Baş məşqçi: Bahodir Ahmedov.