Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun qrup oyunları yekunlaşıb.

Rekord.az xəbər verir ki, A qrupunda qərarlaşmış Azərbaycanın U-18 millisi qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64:70 hesabı ilə məğlub olub.

Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz 5-9-cu yerlər uğurunda oyunda Cəbəllütariq yığması ilə qarşılaşacaq. Bu gün baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.