İranın paytaxtı Tehran şəhərində keçirilən Asiya regionu üzrə “President Cup” turnirinə yekun vurulub.

Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə daha bir idmançımız fərqlənib.

87 kq-dan yuxarı çəki dərəcəsində dayanq üzərinə çıxan Radik İsayev yarışı bürünc medalla başa vurub.

Üç gün ərzində davam edən yarışda komandamızın digər üzvlərindən Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olub.

Beləliklə, böyüklərdən ibarət yığma komanda bu yarışdan iki gümüş və üç bürünc medalla vətənə dönür.

Martın 14-də isə parataekvondoçularımız mübarizəyə qoşulacaq.