Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 22-24 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.

Rekord.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 83 ölkədən 548 idmançı iştirak edəcək.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və oğlanlar arasında 9 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Qadınlar

-48 kq.
Leyla Əliyeva 

-52 kq. 
Gültac Məmmədəliyeva

-57 kq.
Acelya Toprak
Fidan Əlizadə

Kişilər

-60 kq.
Balabəy Ağayev 
Turan Bayramov

-66 kq
Ruslan Paşayev 
Rəşad Yelkiyev

-73 kq.
İbrahim Əliyev

-81 kq. 
Məhərrəm İmamverdiyev 
Ömər Rəcəbli 

-90 kq. 
Elcan Hacıyev 
Vüqar Talıbov 

+100 kq. 
Uşanqi Kokauri 
Camal Qamzatxanov