17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.


Rekord.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.


U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.


Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:


1. Rauf Əyyubov - Sabah

2. Nurəziz Əzizov - Neftçi

3. Kamil Həsənov - Marset (İspaniya)

4. Rəşad Gülüşov - Vətən

5. Uğur Qurbanlı - Qarabağ

6. Toğrul Mehdizadə - Vətən

7. Səttar Tahirzadə - Marset (İspaniya)

8. Muhamməd Çodarov - Marset (İspaniya)

9. İsmayıl Səfərli - Neftçi

10. Amin Rzayev - Qarabağ

11. Sahib Xəlilli - Neftçi

12. Allahverdi Şirinov - Qəbələ

13. Nihad Cəfərzadə - Sabah

14. Ramin Abiyev - Neftçi

15. Sübhan Rzayev - Qəbələ

16. Nihad Hüseynzadə - Sabah

17. Adnan Bunyatov - Marset (İspaniya)

18. Əli Bəşirov - Qarabağ

19. Onur Əliyev - Qarabağ

20. Samir Şərifov - Vətən

21. Pünhan Kərimov - Marset (İspaniya)

22. Nicat Kərimov - Vətən

 

14 aprel

15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

 

16 aprel

12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

 

19 aprel

12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi


Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.