Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 29:28.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki hər üç matçda qələbə qazanmışdı.