Azərbaycan yığması yeni baş məşqçi ilə hazırlığa başladı
- 12 Noy 2019 20:20
- 1262
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.
Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən çalışdırıcı milli komandanın heyətini formalaşdıracaq.