Azərbaycan yığmasından Premyer Liqada beş medal
- 30 Yan 2023 18:45
- 395
Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, Tural Ağalarzadə (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Mədinə Sadiqova (55 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutub.
Əminağa Quliyev (60 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84+ kq) son anda medalı əldən verib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Mövsümün ilk Premeyr Liqa yarışına 58 ölkədən 384 idmançı qatılıb.
Qahirədə həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, 1-ci yer, Rabat 3-cü yer, Qahirə 5-ci yer) və İrina Zaretska (Fuceyra 1-ci yer, Mataşinos 2-ci, Bakı 1-ci yer, Qahirə 3-cü yer) da bu mükafata layiq görülüb.