Fevralın 17-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, turnirdə yalnız kişi cüdoçuların iştirakı nəzərdə tutulub.

Baş məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.

“Böyük Dəbilqə”yə fevralın 19-da yekun vurulacaq.