Azərbaycan yığmasının olimpiya təsnifat turniri üçün heyəti açıqlandı
- 05 Yan 2020 15:09
- 1180
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti dəqiqləşib. "Rekord.az" xəbər verir ki, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya lisenziya turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.
O, yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda 13 voleybolçumuzun adını iştirak siyahısına saldırıb.
Bu siyahıda italiyalı mütəxəssis Covanni Kapraranın yığmadan kənar saxladığı əsas liberomuz Yuliya Kərimova, gənc və perspektivli Nikalina Başnakova da yer alıb.Q
Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
Azərbaycan millisinin heyəti
Toppaylayıcılar 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov