Azərbaycan yığmasının Qazaxıstan toplanışı başa çatdı
- 12 Okt 2023 22:30
- 449
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışını başa vurublar.
Rekord.az xəbər verir ki, yerli yığma ilə birlikdə təşkil olunan hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında millimizin 9 üzvü yer alıb. Onlara yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitiki Zaur Babayev rəhbərlik ediblər.
Toplanış 17-19 noyabrda keçiriləcək 23 yaşadək cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.