Azərbaycana baxıb ürəklənən macar futbolçu
- 08 Okt 2019 13:48
- 887
"Xorvatiya qrupumuzun favoritidir. Ancaq onlar da əlçatmaz deyil. Qrupumuzda mübarizə fəallaşdı və əvvəlki turda Azərbaycanın Xorvatiya ilə oyunda bir xal qazandığını gördük".
Rekord.az-ın Macarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Macarıstan millisinin futbolçusu Roland Şallai Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi deyib.
Daha sonra o bildirib: "Evdə Xorvatiya üzərində qələbə qazanmaq ehtimalımız nə qədərdir? Buna cavab vermək çətindir. Hər bir oyunçu bu suala fərqli yanaşır. Bunu etmək üçün baş məşqçi Marko Rossinin təlimatlarına əməl etməli və millinin formasını geyinməkdən qürur duymalıyıq. Bir-birimiz, ölkəmiz naminə mübarizə aparmalı və Avropa çempionatına çıxmalıyıq".
Qeyd edək ki, Macarıstan oktyabrın 10-da səfərdə Xorvatiya ilə, 3 gün sonra evdə Azərbaycanla qarşılaşacaq.