Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

Rekord.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir.

Onun yeni soyadı Əliyevadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Bakının Nizami rayonunda onun yoldaşının valideynləri yaşayır. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".

İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.