“Azərbaycana uyğunlaşmağa çalışıram” - “Lənkəran”ın legioneri
- 15 Okt 2024 15:30
- 196
"Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa vəsiqə qazanmağa çalışacağıq.
Rekord.az xəbər verir ki, bunu “Lənkəran”ın amerikalı basketbolçusu Qreqori Milton klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandanın və şəxsi hədəflərindən danışıb:
“Hazırlıqlarımız oyun tərzimizi müəyyənləşdirməyə imkan verəcək qədər irəlliləyib. Komadanın konsentrasiyası və davamlılığı ilk gündən bu yana çox artıb. Məqsədimiz parketə çıxdığımız hər oyunda mümkün qədər çox qələbə qazanmaqdır. "Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa yüksəlməyə çalışacağıq. Yeni klub olaraq liqada sözümüzü demək istəyirik. Gündən günə bacarığıma daha da güvənən komanda yoldaşlarımın olmasını nəzərə alsam, liqada uğur qazanacağıma inanıram. Çox əla komandamız var və onlarsız mənim fərdi uğurum mümkün olmayacaq”.
24 yaşlı oyunçu ölkəmiz və Lənkəranda qeyd etdiyi ilk ad günü ilə bağlı təəssüratlarını bölüşüb:
“Hələ də Azərbaycana uyğunlaşmağa çalışıram. Burda çoxlu səmimi insanların olması məni xoşbəxt edir. Lənkaran kimi kiçik şəhər bizə əlimizdə olanların dəyərini bilməyə sövq edir. Bu da işimizə köklənməyə çox kömək edir. Burda ad günümü qeyd etmək yaxşı idi. Komanda yoldaşlarımın sevgisi sayəsində özümü evimdəki kimi hiss etdim. Bu, işimlə bağlı evimdən kənarda ilk ad günüm deyil. Komandamın sonsuz qayğısını görmək çox xoş idi”.
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.