"Quba"nın oyunçusu Levan Qoqaladze Azərbaycanda basketbolun inkişaf etdiyini düşünür.


Rekord.az xəbər verir ki, gürcüstanlı legioner bu barədə klubun mətbuat xidmətinə müsahibəsində bildirib.


O, bu idman növünü ölkəsindəki ilə müqayisə də edib:


"Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək. Ölkələri müqayisə etsək, xarici basketbolçuların səviyyəsi, demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər Gürcüstanda çıxış edib. Bu iki ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır".


L.Qoqaladze yeni mövsümdə hansı komandada çıxış edəcəyi ilə bağlı sualı cavablandırıb: 


"Biz hələ bunu müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Baş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram".


O, Azərbaycan Basketbol Liqasının qalan oyunları ilə bağlı proqnozunu da açıqlayıb:


"Məncə, “Sabah” çempionluq mübarizəsində yenə favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub".