“Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün Bakıda “Qarabağ”a qarşı keçirdikləri yoldaşlıq oyunundan danışıb.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Azərbaycan qardaş ölkədir. Bizi çox yaxşı qarşıladılar. Çox gözəl və mübarizəli bir matç oldu. Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə çox sağ ol düşür.

Burada bizi bir çox “Qalatasaray” tərəfdarı qarşıladı. Avtobusdan düşdüyümüz andan etibarən böyük bir sevgi gördük. Onların hamısına çox təşəkkür edirəm”.

Xatırladaq ki, “Qarabağ” - “Qalatasaray” oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.