Azərbaycan futbolunda daha bir komanda dağılıb.
 

Rekord.az xəbər verir ki  söhbət futzal liqasından gedir.

Belə ki ötən gün futzal üzrə yüksək liqanın 16-cı turunun "Yasamal" İSK – "Premier Quba" görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Sonradan isə məlum olub ki Quba təmilçisi maddi sıxıntı ucbatından fəaliyyətini dayandırıb.