Azərbaycanda daha bir stadion dağılmaq təhlükəsi ilə üz-üzədir.

Rekord.az xəbər verir ki, söhbət Biləsuvar stadionundan gedir.

1998-ci ildə inşa edilən stadion hazırda yararsız vəziyyətdədir. Taxta oturacaqlı tribunalar tamamilə sıradan çıxıb, hətta ora azarkeşlər buraxılmır. Deyilənə görə, stadion 2026-cı il rayonun islahatlar planına salınıb. Rayon rəhbərliyi söz verib ki, arena gələn il təmir olunacaq. Yəni daha 1 il gözləmək lazımdır.