"Formula-1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb. 

 

Rekord.az xəbər verir ki, iyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi "Formula-2” pilotlarının yarışı ilə başlayacaq. Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün "Formula-1” komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də "Formula-2”də sıralama yarışı da nəzərdə tutulub.

 

Ertəsi gün "Formula-2” pilotlarının mübarizəsi sprint yarışları ilə davam edəcək. Həmçinin "Formula-1”də sıralama yarışı də təşkil olunacaq. 

 

Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günün ilk yarısında "Formula-2"də mükafatçılar dəqiqləşəcək. Daha sonra "Formula-1" pilotlarının təqdimatı olacaq və Dövlət Himnimiz səslənəcək. Saat 16:00-da əsas mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq. 

 

4 iyun

 

"Formula-2”

Saat. 10:25-11:10 - Sərbəst yürüş

 

"Formula-1”

Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş

 

"Formula-2”

Saat. 14:30-15:00 – Sıralama yarışı

 

"Formula-1”

Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş

 

5 iyun

 

"Formula-2”

Saat. 11:25-12:15 – Sprint yarışı

 

"Formula-1”

Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş

 

"Formula-1”

Saat. 16:00-17:00 - Sıralama turu

 

"Formula-2”

Saat. 17:40-18:30 – Sprint yarışı

 

6 iyun

 

"Formula-2”

Saat. 12:45-13:50 - Yarış

 

"Formula-1”

Saat. 14:10-14:50 – Pilotların təqdimatı

 

Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi

 

Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi