“Azərbaycanda futboldan həzz almırdım”
- 23 Apr 2020 17:23
- 865
2011-21-ci illərdə “Bakı” klubunda oynamış Latviya millisinin sabiq hücumçusu Maris Verpakovskis Azərbaycandakı karyerası barədə danışıb.
Rekord.az xəbər verir ki, o, Ukraynanın footboom.com saytına müsahibəsində deyib ki, 31 yaşında Azərbaycana getməzdən əvvəl Yunanıstanda “Erqotelis”də çıxış edib.
“Mövsümün yekununa əsasən, mənim statistikam pis deyildi. Yunanıstanın bir neçə yüksək klubu qalmağı təklif etdi. Amma o vaxt bütün Avropada iqtisadi böhran başladığından təklif olunan şərtlər məqbul deyildi. Həmin vaxt yaşım 30-u keçmişdi. Ona görə də ailəmi dolandırmaq üçün daha yaxşı təklifləri düşünməli idim”.
Verpakovskis bildirib ki,həmin vaxt ona Azərbaycandan yunan klublarının təklif etdiyindən 4-5 dəfə yüksək maaşa dəvət gəlib: “Ona görə də “Bakı”nın təklifini qəbul etdim. Komandanı Aleksandr Starkov (Latviya millisinin o vaxtkı baş məşqçisi – red.) çalışdırırdı. Orada bir il yarım keçirdim. Müqaviləni vicdanla yerinə yetirdim. Amma futboldan həzz almırdım. Müqaviləm başa çatdıqdan sonra məmnuniyyətlə Yunanıstana qayıtdım”.