Azərbaycanda oynamış futbolçu 27 yaşında vəfat etdi
- 19 Dek 2019 21:46
- 858
Futbol üzrə Trinidad və Tobaqo milli komandasının üzvü Şadon Vinçester dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, o, avtomobil qəzasında həyatını itirib.
Hadisə futbolçunun vətənində, Qasparilo şəhəri yaxınlığında baş verib. Səhər saatlarında Vinçesterin içində olduğu “Nissan" avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində Vinçesterlə yanaşı, avtomobildə olan daha üç nəfər ölüb.
Futbolçunun vəfatı ilə bağlı FİFA da Vinçesterin yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2018-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in şərəfini qoruyub.