Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı
- 03 Mar 2020 19:40
- 1031
Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.
Federasiyadan Rekord.az-a verilən məlumata görə, bu, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib.
Bundan başqa, martın 7-8-də nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb
Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.