Dekabrın 17-də “Ümid” taekvondo klubunun açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, açılışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və digər qonaqlar klubda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, buradakı bölmələr gimnastika, üzgüçülük və taekvondo ilə yanaşı digər idman növləri də fəaliyyət göstərir.

Klubun fəaliyyəti ilə ətraflı tanış olduqdan sonra nazir Fərid Qayıbov idmançılarla görüşüb. Yeniyetmələr arasında dünya çempionu Mehdi Budaqlı nazirə komanda adından minnətdarlığını bildirib.

Açılış mərasimində Şəhid anaları, eləcə də, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də iştirak ediblər.