10-18 avqustda Polşanın Raşın kəndində 15 yaşlılar və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, yarışda 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında Azərbaycanın 5 idmançısı qatılacaq. Onlar aşağıdakılardır:

U-15

Qızlar: Zəhra Niftəliyeva (71 kq)
Oğlanlar: Turan Əliyev (61 kq)

U-17

Qızlar: Rahilə Hüseynzadə (81 kq)
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq)