Azərbaycanı Asiya Uşaqları Oyunlarında bu güləşçilər təmsil edəcək
- 25 İyn 2024 20:00
- 202
Sabah Rusiyanın Yakutsk şəhərində Asiya Uşaqları Oyunlarına start veriləcək.
Rekord.az xəbər verir ki, oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları keçiriləcək.
Oyunlarda ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və İlham Vezirovun rəhbərliyi altında U-15 milli komandalarımızın üzvləri təmsil edəcək.
3000 tamaşaçı tutumlu “Triumf” İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kq), Tamerlan Namazlı (41 kq), Rəşid Nazarov (52 kq) Həsən Həsənov (62 kq) və Nihad Süleymanlı (75 kq), qadın güləşində Gülnar Ağadadaşova (39 kq), Rəna Nuriyeva (54 kq) və Simurə Abdullayeva (62 kq), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kq), Qurban Məcnunov (44 kq), Eldəniz Allahverdiyev (52 kq) və Yaşar Məmmədov (75 kq) uğur qazanmağa çalışacaq.
Asiya Uşaqları Oyunlarında I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.