Azərbaycanı İslamiadada bu taekvondoçular təmsil edəcək
- 04 Avq 2022 17:00
- 523
Taekvondo üzrə Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, məşqçilər korpusu yarışda 14 idmançıya şans verəcək.
Kişilərdən ibarət yığmadan baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayev (+87 kq) çıxacaqlar.
Qadın millisinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə İslamiadada Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovanı (67 kq) sınaqdan keçirəcək.
İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış avqustun 18-dək davam edəcək. Konyada taekvondoçuların mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini sınayacaqlar.