Azərbaycanı Polşada bu cüdoçular təmsil edəcəklər
- 19 May 2023 23:10
- 437
Avropa Cüdo Birliyinin təqviminə görə 20-21 mayda Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Rekord.az xəbər verir ki, turnirdə 34 ölkədən 804 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 11 çəki dərəsində 10 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
Yeniyetmə qızlar 22-24 mayda Bielsko Bialada təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Oğlanlar
-50 kq
Nihad Məmişov
Məhəmməd Məmişov
Əhməd Rüstəmov
-60 kq
Xanəhməd Şərifov
-66 kq
Cəsur İbadlı
Mehdi Cəfərov
-81 kq
Hüseyn Eyvazlı
-90 kq
Tuncay Şamil
+90 kq
Eldar Əliyev
Rəsul Səmədli
Qızlar
-40 kq
Nigar Məmişova
-44 kq
Aytac Yolçuzadə
-48 kq
Vüsalə Hacıyeva
-52 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-63 kq
Kamilla Toholiyeva