Azərbaycanı Rusiyanın Xabarovsk şəhərində keçiriləcək Konstantin Korotkov Memorialında 6 boksçu təmsil edəcək.

Rekord.az xəbər verir ki, məşqçilər korpusu yarışda Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadəyə (75 kq) şans verəcəklər.

5 gün davam edəcək Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.