Azərbaycanı İspaniyanın Saraqosa şəhərində keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina iştirak edəcək.

Nigar Abdusalimova və Vəfa Bəkərova hakim, Akif Kərimli isə xoreoqraf kimi iş başında olacaq.

Qeyd edək ki, turnir iyulun 5-6-da keçiriləcək.