"...Azərbaycanı udsaq..."
- 13 Noy 2019 14:43
- 937
"Qrupda keçirdiyimiz 6 oyundan sonra hər şey hələ də öz əlimizdədi. Son iki matçda Xorvatiya və Azərbaycana qalib gəlsək, qrupu birinci yerdə bitirəcəyik".
Rekord.az xəbər verir ki, bunu Slovakiya yığmasının müdafiəçisi David Hançko deyib.
Ötən ildən yığmaya dəvət edilən və artıq sol cinahın əvəzedilməz oyunçusuna çevrilən 22 yaşlı oyunçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.
Noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya bundan 3 gün sonra millimizi qəbul edəcək. Bakıdakı qarşılaşmada 5-ci qolun müəllifi olan (5:1) Hançko əvvəlcə Xorvatiya ilə görüşü düşündüyünü söyləyib:
"Xorvatiya ilə evdəki görüşə pis başlamasaq da, ümumilikdə əsəbi keçirdik. Həmin matçdakı çatışmazlıqları aradan qaldırsaq, Xorvatiyada uğur qazana bilərik. Avropa çempionatına yollanmaq arzusu hamımızın içində çox böyükdü. Mənim üçün bu, ən böyük xəyallarından biridi.
Azərbaycanla oyunu düşünməyə başlayanda Xorvatiya ilə görüş gözümün önünə gəlir. Məşqdə bütün diqqətimi cəmləyib, yalnız növbəti duel barədə düşünürəm. İnanıram ki, noyabrdakı matçlar əla keçəcək və sonra bunu qeyd edəcəyik".