Azərbaycanın 16 cüdoçusu beynəlxalq təlim-məşq toplanışında
- 08 Fev 2023 20:00
- 438
Fevralın 6-dan etibarən Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışına dünyanın 59 ölkəsindən 458 idmançı qatılıb.
Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 16 üzvü hazırlıq prosesində iştirak edir.
Cüdoçularımıza performans direktoru Mark van der Ham və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı qarşıdan gələn iri miqraslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Ayın 9-dək davam edəcək təlim-məşq toplanışına Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Nurlan Osmanov, Hidayət Heydətov (-73 kq.), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (-81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri, Camal Qamzatxanov (+100 kq.) qatılıb.