
Azərbaycanın 3 güləşçisi Avropa çempionatının qalibi oldu
- 13 Apr 2025 23:15
- 105
Bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə Azərbaycanın 3 güləşçisi Avropa çempionatının qalibi olub.
Əvvəlcə Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib. Rəqibini 7:3 hesabı ilə üstələyən Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Daha sonra Həsrət Cəfərov eyni uğuru təkrarlayıb. 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib. Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.
Qurban Qurbanov da Avropa çempionatının qalibi olub. 82 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı rəqibi Erik Silvassini məğlub edib. Görüşdə 6:0 hesabı ilə qalib gələn Q.Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub.
Ülvi Qənizadə isə bu Avropa çempionatının bürünc medalını qazanıb. 72 kq çəki dərəcəsində yarışan idmançı bolqarıstanlı rəqibi Aleksandr Liavonçiki (UWW) məğlub edib - 2:1.
Daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Azərbaycanın sərbəst güləş millisi həm də komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə yalnız Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.