Azərbaycanın 4 cüdoçusu olimpiya reytinqinin “beşliy”ində
- 23 Fev 2023 16:15
- 438
Beynəlxalq Cüdo Federasiyasının olimpiya təsnifat dövrü üçün olimpiya dünya reytinq siyahısı yenilənib
Rekord.az xəbər verir ki, olimpiya reytinq cədvəlinə əsasən 60 kq çəkidə Balabəy Ağayev 2-ci, 73 kq çəkidə Hidayət Heydərov 4-cü, 81 kq çəkidə Səid Mollayi 2-ci yerdə qərarlaşıb. 100 kq çəkidə isə Zelim Kotsoyev ilk sırada yer alıb.
Bu reytinq cədvəli 23 fevral 2023-cü il tarixinə olan vəziyyətdir.
Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.
Xatırladaq ki, olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.