İyulun 6-7-də Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın beş idmançısı iştirak edəcək.

Rekord.az xəbər verir ki, yarışın mükafatları uğrunda Selcan Mahsudova, Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə mübarizə aparacaqlar.

Onlara məşqçilər Vladimir Şulikin və Adil Hüseyn-zadə rəhbərlik edəcəklər.

Kamil Quliyev və Rahib Əliyev hakim kimi turnirdə ədaləti qoruyacaqlar.