Hacıqabul Rayon Gənclər və İdman İdarəsi tərəfindən "UŞAQ İDMANI 2023" və "İDMANA BAŞLA" adlı layihələr çərçivəsində oğlan və qızlar arasında şahmat turniri keçirilib.

Rekord.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların fiziki sağlamlığı ilə yanaşı psixoloji cəhətdən inkişafına təkan vermək və uşaqların idmana marağın artırılması istiqamətində fəaliyyətlərin intensivliyinin artırılmasıdır.

Layihə çərçivəsində Hacıqabul rayon Uşaq Gənclər İdman Məktəbi və YAP Hacıqabul rayon Təşkilatı ilə əməkdaşlıq edilib. Həmçinin, layihə çərçivəsində uşaqlar üçün müxtəlif idman növləri üzrə yarışlar, müsabiqə və əyləncəli idman oyunları da keçirilib.

Layihə çərçivəsində keçirilən İdman tədbirlərindən Hacıqabul şəhər mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə yaşayan uşaqlarda bəhrələnib. İlk tədbir uşaqlar arasında şahmat turniri olub.

Ümumilikdə isə layihə çərçivəsində keçirilən İdman tədbirlərində 1000 nəfər çox uşaqın birbaşa iştirak edib.

Layihə çərçivəsində aşağıdakı idman növlərində əyləncəli tədbirlər həyata keçirilib.

Basketbol

Velosiped

Stolüstü tennis

Voleybol

Futbol

Həndbol

Yüngül Atletika

Layihə çərçivəsində uşaqlar üçün idman rəsm müsabiqəsi, şahmat üzrə turnir, idman intellektual oyunu və idman debat oyunları da təşkil olunub.