Azərbaycan təmsilçiləri Xorvatiyanın Poreç şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çıxış edəcək.

Rekord.az xəbər verir ki, 12-13 oktyabrda baş tutacaq yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.

Bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.