Azərbaycanın daha 2 boksçusu 1/4 finala vəsiqə qazandı
- 16 Apr 2022 22:46
- 541
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Yığma üzvü Amin Məmmədzadə (51 kq) 1/8 final mərhələsi çərçivəsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş həmyerlimiz üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Boksçumuz 1/4 finalda ermənistanlı Aren Aslamazyanla döyüşəcək. Görüş aprelin 19-da olacaq.
80 kq çəkidə mübarizə aparan Sərxan Budaqov Vladislav Dudarla (Ukrayna) qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib. Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan həmyerlimiz aprelin 19-da türkiyəli Muhammed Doğru ilə döyüşəcək.
Qeyd edək ki, komandamızın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.