Azərbaycanın daha bir atleti qran-pridə qüvvəsini sınadı
- 12 Dek 2023 16:16
- 264
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışı davam edir.
Rekord.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Bu gün onlardan daha biri – Əli Şükürlü mübarizəyə qoşulub. O, 102 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 365 (165+200) kq nəticə göstərib. Şükürlünün yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.