Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qalib olub.

Rekord.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.

Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olmuşdu.