Azərbaycanın daha bir badmintonçusu 1/8 finalda dayandı
- 29 İyn 2023 21:00
- 300
Azərbaycan badmintonçusu Keyşa Fatimə Zəhra Polşada keçirilən 3-cü Avropa Oyunlarında qadınların şəxsi yarışında 1/8 finalda İsveçrə təmsilçisi Jenjira Stadelmanla qarşılaşıb.
Rekord.az xəbər verir ki, təmsilçimiz bu rəqibinə 1:2 (21-16, 12-21, 15-21) hesabı ilə uduzub.
Keyşa Fatimə Zəhra bu nəticə ilə olimpiya təsnifat mərhələsində 3600 reytinq xalı toplayıb.
Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verir.
Daha öncə Azərbaycanın kişi badmintonçu Edi Reski Dviçayo da mübarizəni 1/8 finalda dayandırmışdı.