Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
- 14 Apr 2024 21:09
- 295
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.
Rekord.az xəbər verir ki, yığmamızın heyətində Ömər Aslanlı (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) Avropa çempionu tituluna layiq görülüb.