
Azərbaycanın daha bir cüdoçusu AÇ-də bürünc medal qazandı
- 24 Apr 2025 21:20
- 35
Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) üstələyib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub.
Ötən gün təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.
Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.