Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu
- 05 Noy 2023 22:08
- 318
Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatı başa çatıb.
Rekord.az xəər verir ki, yarışın sonuncu yarış günündə -100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstan təmsilçisi İlia Sulamanidze üzərində qələbə qazanaraq qızıl medal əldə edib.
Bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Daha əvvəl Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi.
Son gündə qüvvəsini sınayan millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.