Azərbaycanın daha bir cüdoçusu “Böyük Dəbilqə”də medal qazandı
- 01 Fev 2025 23:10
- 37
Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində fəxri kürsüyə yüksəlib.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.
O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.
Bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.