Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda finala yüksəlib.

Rekord.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.

Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Xatırladaq ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.