Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazandı
- 28 Sen 2024 16:20
- 178
Azərbaycanın daha bir bədii gimnastı Zəhra Cəfərova Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, Cəfərova top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Daha əvvəl Şəms Ağahüseynova qızıl mükafata sahib çıxıb. Yarışa sentyabrın 29-da yekun vurulacaq.