Azərbaycanın daha bir təmsilçisi Nurlan Paşayev Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb.

Rekord.az xəbər verir ki, o, 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə növündə gümüş mükafata sahib çıxıb.

Paşayev 1500 metr məsafəyə yarışda ikinci olub.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Amil Ramazanov bürünc medal əldə edib.