Azərbaycanın daha bir karateçisi BƏƏ-də medal qazandı
- 26 Fev 2023 21:47
- 398
Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate1 Youth League" turnirinin mükafatçısı olub.
Rekord.az xəbər verir ki, Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin bürünc medalını qazanıb.
Yarışın əvvəlki günlərində Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) isə ikinci pilləni tutub.
Mövsümün ilk “Karate1 Youth League” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir.