Azərbaycanın daha bir təmsilçisi 1/8 finala yüksəldi
- 09 Fev 2024 19:30
- 274
Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/8 finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, idmançı 1/16 finalda Meksika təmsilçisi Vanessa Marisela Qarsiya Kontrerasa qalib gəlib.
Qarşılaşma Keişa Fatimə Zəhranın 2:0 (21:14, 21:10) hesablı qələbəsi ilə bitib.
Daha əvvəl yığmamızın digər üzvü Edi Reski Dviçayo 1/8 finala yüksəlib.