Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Fyodorovna Hacıbəylinskaya vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nina Fyodorovna Hacıbəylinskaya Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, ümumittifaq dərəcəli hakimi olub. O, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.